DİN AXCP fəalının saxlanılma səbəbini açıqladı

Daxili İşlər Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ramid Nağıyevin 24 oktyabrda aksiyada iştirak etdiyinə görə həbs həbs edilməsinə görə iddiaları əsassız adlandırıb.
İddialara cavab olaraq DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, Ramid Nağıyev aksiyada iştirakına görə yox, probasiya xidmətinin təqdimatı əsasında üzərində olan aliment öhdəliyindən yayındığı üçün məhkəmə qərarı ilə 7 gün müddətinə barəsində inzibati həbs tətbiq edilib.
Qeyd edilib ki, onun saxlanılmasında siyasi motiv yoxdur.
Oktyabrın 24-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirib.
Aksiyada iştirak edənlər sərbəst toplaşmaq azadlığı, siyasi məhbusların azad edilməsi, azad seçkilərin keçirilməsi, əsaslı islahatlar və quru sərhədlərinin açılmasını tələb edib.
Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) icra hakimiyyətinin önündə piket keçirilməsini məqsədəuyğun hesab etməyib.
Daxili İşlər Nazirliyi piket üçün nəzərdə tutulan yer təhsil müəssisələrinin yerləşdiyi, nəqliyyatın intensiv hərəkət etdiyi və insan sıxlığının yüksək olduğu ərazi olduğundan orada aksiya keçiriləməsini doğru hesab etməyib və aksiyanın qarşısını alıb.

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib