Cari ilin doqquz ayında otellərin gəlirləri bu qədər artıb

2022-ci ilin doqquz ayında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə artaraq 269,1 milyon manat olub. Bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda bildirilib.
Gəlirlərin 60,3 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,6 faizi ictimai iaşə xidmətlərindən, 3,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Cari ilin yanvar-sentyabrda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 16,3 faiz səviyyəsində olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5.1 % çoxdur.
Bu göstərici Şabranda 89,6 faiz, Naftalanda 37,5 faiz, Qubada 30,4 faiz, Lənkəranda 25,9 faiz, Beyləqanda 25,7 faiz, Bakıda 23,6 faiz, Qəbələdə 21,8 faiz, Şuşada 19,1 faiz, Ağcabədidə 19,1 faiz, Qusarda 16,9 faiz, Sabirabadda 16,9 faiz digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























