• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz Mənsimov 6 gəmi aldı - Gəmilərə şəhidlərin adı veriləcək

Mübariz Mənsimov 6 gəmi aldı - Gəmilərə şəhidlərin adı veriləcək
26.10.2022 15:20
Azərbaycanlı iş adamı Mübariz Mənsimov 6 gəmi alıb. Bu barədə şirkətdən məlumat verilib. 


Bildirilib ki, Mübariz Mənsimovun göstərişinə əsasən, Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşlarda şəhid olmuş hərbçilərin adlarını daşıyacaq yeni gəmilər yaxın vaxtlarda İstanbul limanlarına gətiriləcək və adları dəyişdiriləndən sonra yeni səfərlərinə çıxacaq.
 
 
Gəmilər quru yük və neft daşımalarında istifadə olunacaq. 

Bir neçə gün sonra isə  "Palmali”nin daha bir tankerinə 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş, Xüsusi Təyinatlı Qüvvələrinin əfsanəvi döyüşçüsü Pəncəli Teymurovun adının verilməsi ilə bağlı təntənəli mərasim keçiriləcək.
 
2 sentyabrda 44 gün davam edən Vətən müharibəsində Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan mayor Malik Əliyevin adını daşıyan tanker ilk yükünü almaq məqsədilə Rumıniyanın Konstansa şəhərinə yola salınıb. 


Mübariz Mənsimov "Palmali” donanmasına daxil olan bütün gəmilərə şəhidlərin adlarının veriləcəyini bildirib.
 
Bu təşəbbüsün reallaşdırılması nəticəsində indiyə qədər "Palmali” tankerlərinə Azərbaycanın Milli Qəhrəmanları Polad Həşimovla Mübariz İbrahimovun, o cümlədən və Vətən müharibəsinin qəhrəman şəhidləri Adil İbrahimlinin, Xudayar Yusifzadənin, Cəbrayıl Dövlətzadənin, İman və Bəhram Məmmədzadələr qardaşlarının adları verilib.
 
Gülnar 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol