Bakıda Gəmiqayırma zavodunda faciə

Maşinist bir gəmidən digərinə keçərkən yıxılıbÖtən gün saat 19 radələrində Bakının Qaradağ rayonu ərazisində Gəmiqayırma zavodunda bədbəxt hadisə baş verib.Su Nəqliyyatında Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Sahil qəsəbəsi ərazisində Xəzər Dəniz Neft Donanmasının gəmisində maşinist işləyən 1964-cü il təvəllüdlü Mais Qasım oğlu Kazımov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.Mais Kazımov bir gəmidən digər gəmiyə keçərkən yıxılıb. O, hadisə yerindəcə dünyasını dəyişib.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























