Hindistanlılar Göygöldə toy edə biləcəklər

"Hindistandan Azərbaycana toy etmək üçün gələn turistlərə Azərbaycanın Qərb bölgəsində, həmçinin Göygöl ətrafında lazımi şərait yaradıla bilər".
Bunu Dövlət Turizm Agentliyinin Gəncə Destinasiya Menecmenti Təşkilatının direktoru Zaur Bayramov bildirib.
Onun sözlərinə görə, bununla bağlı işlər həyata keçirilir: "Biz Hindistandan, Pakistandan, ərəb ölkələrindən olan turistlərin regiona cəlb edilməsində maraqlıyıq. Eyni zamanda toy etmək üçün bura gələn hindistanlılara müxtəlif məkanları, hətta Göygölün ətrafındakı ərazini təklif edə bilərik. Hazırda bu regionun turizm imkanlarının tanıdılması istiqamətində işlər həyata keçirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























