• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Prokurorluq bəyanat yayıb

Baş Prokurorluq bəyanat yayıb
27.10.2022 10:32
Baş Prokurorluq Bərdəyə edilmiş raket hücumları ilə əlaqədar bəyanat yayıb. Bu barədə qurumun Mətbuat Xidmətindən  bildirilib

"Bəyan edirik ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, 2020-ci ilin sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsinin gedişatında əldə olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, ballistik raketlərlə, eyni zamanda qadağan olunmuş artilleriya silahları ilə atəşə tutaraq insanlıq və sülh əleyhinə, habelə müharibə cinayətləri törətmiş, müharibəyə hər hansı aidiyyəti olmayan, gündəlik qayğıları ilə yaşayan mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar.

Belə ki, 2020-ci il oktyabrın 5-də Ermənistan silahlı qüvvələri tərəfindən müharibə ərazisindən kənarda yerləşən Bərdə şəhərinə ilk raket hücumu edilmiş, nəticədə 1-i qadın, 1-i kişi olmaqla 2 nəfər qəsdən öldürülmüş, 2-si qadın, 5-i kişi olmaqla 7 nəfər dinc sakin xəsarət almışdır.

Təcavüzkar dövlət tərəfindən 2020-ci il oktyabrın 8-də Bərdəyə ikinci raket hücumu edilmiş, nəticədə 8 (kişi) nəfər dinc sakin müxtəlif dərəcəli xəsarət almışdır.

2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinin raket hücumuna məruz qalması nəticəsində 3-ü qadın, 1-i kişi, 1-i uşaq olmaqla 5 nəfər ölmüş, 7-si qadın, 7-si uşaq olmaqla 14 nəfər xəsarət almışdır.

Qeyd edilən tarixlərdə Bərdə rayonunun raket və ağır artilleriyadan bombalanması nəticəsində 4-ü qadın, 2-si kişi, 1-i uşaq olmaqla 7 nəfər şəxs qəsdən öldürülmüş, 9-u qadın, 13-ü kişi, 7-si uşaq olmaqla 29 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəymişdir.

Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə şəhər əhalisinin gur olduğu yerlər, o cümlədən mülki şəxslərin kompakt yaşadığı hissələrinin hədəfə alınmasında məqsəd daha çox insanın həyatına son qoymaq olmuşdur.

Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçərək onların qətli ilə nəticələnən sülh və insanlıq, eləcə də müharibə cinayətləri törətmiş Ermənistana və onun hərbi-siyasi rəhbərliyinə qarşı hüquqi məsuliyyət tədbirlərini görməklə beynəlxalq hüququn aliliyini təmin etməyə çağırır.

İnsanlıq və sülh əleyhinə olan cinayətləri qınayır, həlak olanların xatirəsini dərin hüznlə yad edirik!"

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol