Bakı metrosunda həyəcan: sərnişinlər qatardan boşaldıldı

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “Həzi Aslanov - Dərnəgül” xətti üzrə hərəkət edən qatar “Ulduz - Nəriman Nərimanov” stansiyaları arasında təxminən 10 dəqiqə tuneldə qalmalı olub.Məsələ Bakı Metropolitenindən "APA-Economics"ə qatarın hərəkətində fasilənin yaranmasına “Həzi Aslanov - İçərişəhər” istiqamətində hərəkət edən qatarda texniki nasazlığın olması ilə izah edilib. Nəticədə sərnişinlər qatardan boşaldılıb, nasaz qatar isə depoya göndərilib. Hazırda qatarların hərəkəti bərpa olunub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























