• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Bərdə terroru ilə bağlı PAYLAŞIM edib

Ceyhun Bayramov Bərdə terroru ilə bağlı PAYLAŞIM edib
27.10.2022 17:24
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bərdəyə raket hücumunun ikinci ildönümü ilə bağlı paylaşım edib. Bu barədə Ceyhun Bayramov "Twitter" hesabında yazıb.
 

"Oktyabrın 27-28-də fəal hərbi əməliyyatlar zonasından kənarda əhalinin sıx məskunlaşdığı hissəsinə Ermənistanın raket zərbələri endirməsi nəticəsində 27 nəfər həlak olub, 70-dən çox dinc sakin yaralanıb. Biz bu müharibə cinayəti nəticəsində xaincəsinə öldürülənləri xatırlayır və hörmətlə anırıq", - nazir bildirib.
 
Vətən müharibəsi zamanı Bərdənin Qarayusifli kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmasından iki il keçir.
 
Düşmənin raket atəşi nəticəsində bir neçə yaşayış evi tamamilə dağılıb, sakinlərə külli miqdarda ziyan dəyib.
 
 2020-ci il oktyabrın 8-də Bərdəyə ikinci raket hücumu edilib, nəticədə 8 (kişi) nəfər dinc sakin müxtəlif dərəcəli xəsarət alıb.

2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinin raket hücumuna məruz qalması nəticəsində 3-ü qadın, 1-i kişi, 1-i uşaq olmaqla 5 nəfər ölüb, 7-si qadın, 7-si uşaq olmaqla 14 nəfər xəsarət alıb.

Qeyd edilən tarixlərdə Bərdə rayonunun raket və ağır artilleriyadan bombalanması nəticəsində 4-ü qadın, 2-si kişi, 1-i uşaq olmaqla 7 nəfər şəxs qəsdən öldürülüb, 9-u qadın, 13-ü kişi, 7-si uşaq olmaqla 29 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.

Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə şəhər əhalisinin gur olduğu yerlər, o cümlədən mülki şəxslərin kompakt yaşadığı hissələrinin hədəfə alınmasında məqsəd daha çox insanın həyatına son qoymaq olub.

Azərbaycanın Baş Prokurorluğu beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçərək onların qətli ilə nəticələnən sülh və insanlıq, eləcə də müharibə cinayətləri törədən Ermənistana və onun hərbi-siyasi rəhbərliyinə qarşı hüquqi məsuliyyət tədbirlərini görməklə beynəlxalq hüququn aliliyini təmin etməyə çağırır.
 
Aytac Zeynalova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol