ABŞ Qarabağda minaların təmizlənməsi üçün bu qədər pul ayıracaq

Azərbaycan-Ermənistan münaqişəsi zonasında yerüstü minalar və partlamamış hərbi sursatlar "dinc sakinləri öldürməyə və şikəst etməyə, iqtisadi inkişafı əngəlləməyə və köçkünlərin təhlükəsiz geri qayıtmasına mane olmaqda davam edir". Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi deyib.
"ABŞ regional sülhə və əməkdaşlığa yardım etmək üçün 2020-ci ilin payızında Ermənistan və Azərbaycan qüvvələri arasında intensiv hərbi əməliyyatlardan ziyan dəymiş ərazilərdə minalardan təmizləmə üzrə humanitar əməliyyatlara 2 milyon dollar ayırdığını elan etməkdən məmnundur" , nümayəndə qeyd edib.
Mənbənin məlumatına görə, 2021-ci ilin noyabrında bu məqsədlə ayrılan 500 000 dollardan sonra ABŞ-ın yeni maliyyəsi "minalardan təmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi üzrə təşkilatların texniki imkanlarını artıracaq".
"Bu səylər insan təhlükəsizliyinin möhkəmləndirilməsində həlledici rol oynayır və köçkünlərin öz evlərinə qayıtmasına, öz həyatlarını təhlükəsiz şəkildə bərpa etməsinə imkan verir" , o deyib.
1991-2022 tarixləri arasında Azərbaycanda mina qurbanlarının ümumi sayı 3336 nəfər təşkil edib (onlardan: kasetli sursatların partlaması nəticəsində həlak olan və xəsarət alanlar- 131 nəfər, uşaq və azyaşlı -357 nəfər, qadınlar – 38 nəfərdir).
2020-ci ilin noyabr - 2022-ci ilin 06 oktyabr tarixləri arasında, mina partlayışları nəticəsində 44 nəfər həlak olub, 213 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və ya zərər çəkib. Bu dövr ərzində həlak olan və zərərçəkənlərin cəmi sayı 257 nəfər təşkil edib (onlardan: 9-u uşaq, 1-i qadın, 3 nəfər isə media nümayəndəsidir). Bu şəxslərin 147 nəfəri keçmiş təmas xəttindən kənarda baş vermiş mina insidentlərinin qurbanları olub”.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib