Zərdabda qəsəbəyə yarımçıq asfalt çəkilir - VİDEO/ŞİKAYƏT

Zərdabın Fəhlə qəsəbəsi adlanan hissəsində daxili yollar yarımçıq bərpa olunur. Bu barədə kənd sakini məlumat verib.
Asfalt örtüyü bəzi adamların evlərin önünə qədər çəkilsə də, bəziləri qalıb.
Etirazçıların verdiyi məlumata görə, şəhid, qazi ailələri İcra Hakimiyyətinə etiraz etməyə getsələr də, onları qəbul etmirlər.
"Zərdab Rayon İcra Hakimiyyəti kimlərinsə xahişi ilə bəzi sakinlərin qapısının ağzına asfalt çəkdirir. Digər sakinlərin isə evlərinin qarşısına asfalt çəkilməsinə ehtiyac duyulmur'',- sakin bildirib.
Zərdab Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, bu barədə bizə məlumat verən olmadı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























