Azərbaycan Ermənistan ilə sülh müqaviləsinin imzalanmasına hazırdır - Baş nazir

Azərbaycan Ermənistan ilə əməkdaşlığa və sülh müqaviləsinin imzalanmasına hazırdır, lakin bir qarış torpağından əl çəkməyəcək. Bunu Baş nazir Əli Əsədov Astanada MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ittihamlarına cavab olaraq deyib.
Əli Əsədov bildirib ki, Azərbaycanın suveren ərazisi müzakirə olunmur və 44 günlük müharibədə qələbədən sonra Azərbaycan Qarabağ münaqişəsinin bitdiyini bəyan edib.
O vurğulayıb ki, 30 il ərzində qonşu dövlətin ərazisini işğal altında saxlayan, keçmiş Dağlıq Qarabağa heç bir aidiyyatı olmayan 7 rayonu işğal edən, silahlı qüvvələri suveren qonşu dövlətin ərazisində daşı-daş üstə qoymayan, məhv edilməsi mümkün olan hər şeyi - şəhərləri, kəndləri, canlı və cansız hər şeyi, ekologiyanı, mənəvi və dini dəyərləri məhv edən bir dövlət bu gün silahlı qüvvələrimiz tərəfindən Ermənistanın ərazi bütövlüyünün guya pozulması ilə bağlı hansısa məqamlardan danışır.
Baş nazir MDB Hökumət Başçıları Şurasının üzvlərinin diqqətinə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və digər beynəlxalq təşkilatların sənədlərinə baxmayaraq, Ermənistanın siyasi rəhbərliyi bu 30 il ərzində suverenlik, sərhədlər, işğal kimi anlayışları yadına belə salmayıb.
Ermənistan Silahlı Qüvvələrinin sentyabr təxribatları barədə iclas iştirakçılarına məlumat verən Baş nazir bildirib ki, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan tərəfi Azərbaycanın Kəlbəcər və Laçın rayonlarını atəşə tutub. "Bu, Ermənistanın tərk etdiyi rayonlardır. Belə bir anlayış var: "gedirsən birdəfəlik get”. Onlar Azərbaycanın Daşkəsən, Zəngilan rayonlarını da atəşə tutublar. Buna cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başlayıb. Nəticədə, 71 Azərbaycan hərbçisi həlak olub. Bizim məlumatlarımıza və Ermənistan mətbuatına əsasən, Ermənistan tərəfinin itkiləri 450-yə yaxın hərbçi təşkil edib”.
"Daha əvvəl də Ermənistan nümayəndəsinin iştirak etdiyi tədbirlərdə bir neçə dəfə demişəm ki, hər bir dövlət üçün qırmızı xətlər var. Azərbaycan Ermənistan ilə əməkdaşlıq etməyə və sülh sazişi imzalamağa hazırdır, amma biz bir qarış torpağımızdan da əl çəkməyəcəyik", - Azərbaycanın baş naziri vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























