İnflyasiya artacaq - Əhali nə etməlidir? - AÇIQLAMA

2022-2026-cı illərdə hər il orta hesabla 6,2 % inflyasiyanın qeydə alınacağı proqnozlaşdırılır, bu barədə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsinə Hesablama Palatasının verdiyi rəydə bildirilir.
"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası”nda təməl şərtlərlə illik inflyasiyanın 4+- 2 % intervalında qorunacağı müəyyənləşdirilib. 6,2 % inflyasiya proqnozu isə hədəf diapozonun yuxarı həddindən bir qədər çoxdur. 2023-cü ilin büdcə layihəsi ilə birgə təqdim edilmiş sənədlərdə orta inflyasiyanın 2022-ci il üzrə 12,5 %, 2023-cü ildə isə 6,9 % proqnozlaşdırır", - rəydə deyilir.
Azərbaycan Mərkəzi Bankı (AMB) da ilin sonuna qədər inflyasiyanın artacağını bildirib. Bunu AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov oktyabrın 28-də yeni uçot dərəcəsi ilə bağıə keçirdiyi mətbuat kofransında söyləyib.
"2022-ci ilin sentyabrında Azərbaycanda inflyasiya 15,6%, baza inflyasiyası 14,1%, ərzaq inflyasiyası 21,8%, qeyri-ərzaq inflyasiyası 10,5%, xidmət sektorunda inflyasiya 11,4% təşkil edib",- Taleh Kazımov deyib.
Bəs görəsən hökumət gözlənilən inflyasiya ilə bağlı əhalini ondan qoruyacaq nə kimi addımlar atmalıdır?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirlinin fikrincə, proqnozlaşdırılan inflyasiyaya qarşı minumal əmək haqqı 300 manantdan ən azı 500- 600 manata qədər artırılmalıdır.
"Ölkədə inflyasiyanın fəsadlarını aradan qaldırılması istiqamətində intensiv işlər aparılmalıdır. Məsələn qiymət bahalaşsa da əhalinin gəlirləri bərpa olunmalıdır. Dövlət əhalinin nominal gəlirlərini artırmağa çalışmalıdır. Tutaq ki, ölkədə ərzaq məhsulları 20 faiz bahalaşıbsa, ilin əvvəlində aldığın məhsulu bu ay 120 manata almalı olacağıq. Bunu almaq üçün əhalinin başqa gəlir mənbəyi yoxdur. Ona görə də Azərbaycan hökuməti təkcə inflyasiyanın cilovlanması istiqamətində deyil, həm də inflyasiyanın yaratdığı fəsadları aradan qaldırmaq üçün əhalin gəlirlərini artırmaq istqamətində il ərzində müəyyən addımlar atmalıdır. Bu halın qarşısının alınması üçün pensiyaçıların təqaüdünü 6 və yaxud 3 aydan bir qaldrmalıdırlar. İtən real gəlir nominal qaydada bərpa edilməlidir. Digər tərəfdən dövlətə tabe olan dövlət qurumlarının da maaşı mütəmadi artırılmalıdır. Bundan başqa minumal əmək haqqı 300 manantdan ən aşağısı 500a -600 manata kimi qalxmalıdır", - iqtisadçı bildirib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramlı bildirir ki, ümumiyyətlə heç bir ölkə qiymətlərin yüksəlməsində maraqlı deyil.
"Azərbaycan üçün də arzuolunan deyil. Amma nəzərə alsaq ki, idxal var, bu da təbii ki istehlak bazarına təsir göstərir. Istehlak bazarında qiymət artımlarını müşahidə edirik. Dövlət statistika komitəsinin də məlumatına əsasən, qiymətlər proqnozlaşdırıldığından daha çox artıb. Nəzərə alsaq, illik infilyasiya 15,6 faiz olub. Eyni zamanda yanvar-sentyabr da qiymət indeksi, 2021 ci ilin eyni dövrü ilə müqayisədə 13.4 faiz artıb. Qiymət artımına nəzər salsaq, arzuolunan deyil. Bunun qarşısının alınması üçün məhz yerli istehsalın genişlənməsi və idxaldan asılılığın aradan qaldırılmasından ibarətdir. Düşünürəm ki, növbəti dövrlərdə bunlar nəzərə alınacaq", - Bayramlı bildirib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin sentyabrında Azərbaycanda inflyasiya avqustda olan 0,9%-ə qarşı 3,1% səviyyəsində qeydə alınıb.
2022-ci ilin sentyabrında inflyasiya 2021-ci ilin sentyabrı ilə müqayisədə 15,6% təşkil edib. Bununla yanaşı, 2022-ci ilin sentyabrında ərzaq məhsulları 2021-ci ilin sentyabr ayına nisbətən 21,8% bahalaşıb.
Statistikaya əsasən, sentyabrda ət və ət məhsulları 3,8 faiz, çörək məhsulları 4,6 faiz, spirtli içkilər 0,2 faiz, süd məhsulları 1,4 faiz, mineral və sərinləşdirici içkilər 0,8 faiz, yağlar - 1,2 faiz, yumurta - 12,5 faiz, tərəvəz - 10,3 faiz, balıq və balıq məhsulları - 1,3 faiz, tütün məmulatları - 1,3 faiz bahalaşıb.
Sentyabrda meyvələr 2,1% ucuzlaşıb.
2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.
Azərbaycanın İqtisadiyyat Nazirliyi 2022-ci il üçün orta illik inflyasiyanın 12,5% olacağını proqnozlaşdırır.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























