Bu gün meşə fondu torpaqlarında 14 mindən çox ağac əkilib

Ölkə ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində silsilə meşəbərpa tədbirləri davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, payız ağacəkmə aksiyası çərçivəsində bu gün Qobustan rayonunun meşə fondu torpağında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə 2 hektar ərazidə 2500 göyrüş və akasiya tingi əkilib.
"Eyni zamanda bu gün Şəki, Qəbələ, Quba, Tovuz, Şəmkir, Göygöl, Bərdə, Şamaxı, Ağcabədi və Sabirabad rayonlarında da ağacəkmə tədbirləri keçirilib, gün ərzində ümumilikdə 20 hektar ərazidə 14 324 ədəd ağac tingi əkilib, 1047 kiloqram toxum səpilib”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























