Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə yarımfinal oyunları baş tutacaq

Oktyabrın 30-da şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirində yarımfinal oyunları keçiriləcək.
, ilk olaraq saat 9:30-da A qrupunun lideri "Ardanış” ilə B qrupunun 2-cisi "Novoivanovka” qarşılaşacaq.
Bu görüşdən sonra B qrupunun birincisi "Ada Təpə” A qrupunun ikincisi "Göyçə”ni sınağa çəkəcək.
Turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
Xatirə turnirində qalib komandalara, eləcə də "ən yaxşı futbolçu”, "ən çox qol vuran”, "ən yaxşı qapıçı" və "ən gənc oyunçu” nominasiyaları üçün mükafat, kubok, medal və hədiyyələr nəzərdə tutulub.
İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov "Ardanış", Sirac Abışovun qardaşı Şirzad Abışov isə "Media” komandasında çıxış edir.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinOktyabrın 30-da şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirində yarımfinal oyunları keçiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























