• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Qazax yolunda ağır avtobus qəzası: 23 nəfər xəsarət aldı - YENİLƏNİB

Bakı-Qazax yolunda ağır avtobus qəzası: 23 nəfər xəsarət aldı - YENİLƏNİB
29.10.2022 18:20
 Bakı-Qazax yolunda baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası hadisə yerinə cəlb edilib.

Bununla bağlı TƏBİB məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alan 23 nəfər (19-u qadın, 4-ü kişi olmaqla) həkim briqadaları tərəfindən tibb müəssisələrinə təxliyə edilib.

Xəsarət alanlara zəruri tibbi xidmətlər göstərilib. Onların müvafiq şöbələrdə müalicələrinə davam edilir.

Qeyd edək ki, xəsarət alanlara əsasən, bədənin küt travması, döş qəfəsinin küt travması, başın ənsə nahiyəsinin əzilməsi, sağ çiynin əzilməsi, sol ayağın küt travması və s. diaqnozlar qoyulub.
Onların vəziyyətləri ilə bağlı əlavə məlumat veriləcək.

******
Bakı-Qazax yolunda baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları hadisə yerinə cəlb edilib.

TƏBİB-dən  verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan səkkiz nəfər Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələrinə davam edilir.

Xəsarət alanlardan 6-nın vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, yaralılardan üçü uşaq, beşi qadındır.

******
Bakı-Qazax yolunda avtobusun aşması nəticəsində yaralanan şəxslər Kliniki Tibbi Mərkəzə aparılıblar.

Müxtəlif bədən xəsarətləri alan yaralılar arasında ağır vəziyyətdə olanı yoxdur. 

Onlara ilkin tibbi yardım göstərilir.

 Bakı-Qazax yolunda sərnişin avtobusunun aşmasına səbəb piyada olub. 

Hadisə yolun 26-cı km-də olub. Sürücü, 1957-ci il təvəllüdlü R.Məmmədov idarəetməni itirərək, avtobusu aşırıb.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən bildirilib ki, 99-XX-256 dövlət nömrə nişanlı, "İsuzu” markalı, 164 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun qarşısına piyada çıxıb:

"Bu səbəbdən sürücü idarəetməni itirərək avtobusu aşırıb. İlkin məlumata görə, hadisə nəticəsində səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.
 
 *****
Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi olub.

"Qafqazinfo” xəbər verir ki, qəza avtobusun aşması nəticəsində baş verib.
Hadisə zamanı 2 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilir.

Qəza yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol