DİN-in son sutkada aşkarladığı cinayətlərin STATİSTİKASI
Azərbaycanda 2022-ci il oktyabrın 29-da və 30- da ölkə ərazisində qeydə alınan 79, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin üstü açılıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat yayıb.
Axtarışda olduğuna görə ümumilikdə 160, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.
"Narkotiklərlə əlaqəli 35 fakt müəyyən edilib, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib", - qurumdan açıqlanıb.
Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























