• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəbdə şagirdə əxlaqsız hərəkət edən şəxs həbs edildi

Məktəbdə şagirdə əxlaqsız hərəkət edən şəxs həbs edildi
31.10.2022 10:56
Bakıda məktəbli qıza cinsi xarakterli qısnama hərəkətləri etmiş şəxs həbs edilib.
 
Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, Nərimanov rayonunda yerləşən məktəblərin birində 5-ci sinif şagirdinə qarşı əxlaqsız hərəkətlər etmiş Sahil Həsənova Cinayət Məcəlləsinin 153-cü (Əxlaqsız hərəkətlər etmə) maddəsi ilə iş açılıb.
 
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün həbs-qətimkan tədbiri seçilib və o, təcridxanaya göndərilib.
 
Məktəb hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, 27 oktyabr saat 18:40 radələrində 30-35 yaşlı bir şəxs valideyn olduğunu deyərək məktəbə daxil olub.
 
Həmin vaxt valideynini gözləyən V sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) qarşı qeyri-etik hərəkətlər edib. Məsələ ilə bağlı valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.
 
Baş vermiş hadisənin görüntüləri mediada yayılıb. Belə ki, hadisə vaxtı 11 yaşlı qızı, dərs bitdikdən sonra məktəbin dəhlizində atasının gəlməsini gözləyib. Bu zaman Sahil Həsənov məktəbdə qıza qarşı əxlaqsız hərəkətlər edib. Məktəbli dərhal hadisə barədə valideyninə məlumat verib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol