Sürücü Dövlət Yol Polisinin leytenantından şikayət edir - -Yenilənib

(Baş Dövlət Yol Polisinin açıqlaması əlavə olunub)
Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsindən bildirdilər ki, hazırda vətəndaşın müraciəti əsasında Baş DYP İdarəsində araşdırma aparılır.
----
( 1noyabr-10:47)
Bakı sakini Taleh Ramazanov Dövlət Yol Polisinin leytenantı Şəhriyar Həsənlidən şikayətçidir. Bu barədə şikayətçi anews.az-a ünvanladığı məktubda bildirib.
"İdarə etdiyim Kia optima markalı maşın Sumqayit DYPŞ-nin serjantı Xəyal Abdullayevin maşını ilə Noxanı Aquparkdan Goradil istiqamətində toqquşub. Arxadan gələn maşın, qanunvericiliyin 50-ci maddəsini (ara məsafə və surət haqqında tələbini) və 51-ci maddənin ötmə əməliyyatının tələbini pozub yüksək surətlə hərəkət edib. Qarşı tərəf sola döndüyüm anda qarşı hərəkət zolağında maşınımın sol qapı və təkərinə çırpılıb. Zərbənin təsirindən maşınım səkinin üzərinə çıxıb. Hadisə yerinə gələn Binəqədi DYPŞ-nin leytenantı Şəhriyar Həsənli heç bir araşdırma aparmadan, hadisə anının videogörüntüsü olmadan, məni günahar çıxarıb. Bununla bağlı Binəqədi Məhkəməsinə müraciət etməyimə baxmayaraq orada da şikayətim rədd edildi. Əlimdə qarşı tərəfin qanunsuzluq etməsinə dair sənədlər var", - Taleh Ramazanov deyib.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etsək də, müraciətimizə cavab verilmədi.


Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























