Gəncədə avtobus qəzaya uğradı - Yaralılar var/YENİLƏNİB

Gəncə-Göygöl avtomobil yolunda üç nəqliyyat vasitəsinin iştirakı ilə baş verən yol qəzası hadisəsi zamanı xəsarət alanların kimliyi məlum olub.
Bunlar 1941-ci il təvəllüdlü Alim Cəfərov, 1964-cü il təvəllüdlü Rafael Qafarov, 1992-ci il təvəllüdlü Aqil Bayramov və 2006-cı il təvəllüdlü Elmir Hüseynovdur.
Alim Cəfərovun vəziyyəti ağır olaraq qiymətləndirilir.
*********
Göygöl-Gəncə yolunda "İsuzu” markalı sərnişin avtobusu qəzaya uğrayıb.
Hadisə zamanı avtobus "VAZ 2107" və "Passat" markalı avtomobillərlə toqquşub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə qəza ilə bağlı müvafiq məlumat daxil olub.
"Dərhal Dövlət Yol Polis şöbəsinin əməkdaşları həmin əraziyə gəlib və hərəkətin təmin olunmasını bərpa ediblər. Hələlik sərnişinlərdən beşinin xəstəxanaya müraciət etməsi məlumdur. Faktla bağlı araşdırmalar aparılır. Əlavə məlumat veriləcək".(Qafqazinfo)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























