Azərbaycan İsraildə səfirlik açacaq

Azərbaycan yaxın vaxtlarda İsraildə səfirlik aça bilər.
Bu barədə İsrailin Dövlət Radio və Televiziyası məlumat yayıb.
Bildirilir ki, bütün gecikmələr əsasən texniki məsələlərlə bağlıdır.
İsrail KİV-ləri yüksək rütbəli rəsmi şəxslərə istinadən bildirib ki, Bakı və Tel-Əviv səfirliyinin açılması ilə bağlı intensiv danışıqlar aparır.
"İki ölkə arasında diplomatik əlaqələr 30 ildir ki, mövcuddur, lakin Azərbaycan hələ də səfirlik açmayıb, baxmayaraq ki, İsraillə Azərbaycan arasında münasibətlər əladır”, - deyə məlumatda bildirilib.
Oktyabrın əvvəlində İsrailin müdafiə naziri Benni Qantz Bakıda olub və səfər strateji əməkdaşlığı genişləndirmək niyyəti kimi təqdim edilib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib