Kiyevdə 80 faiz insan susuz qalıb - Vitali Kliçko

Kiyevdə istehlakçıların 80 faizi susuz qalıb. Bunu Ukrayna paytaxtının meri Vitali Kliçko sosial şəbəkə hesabında yazıb.
O, kiyevliləri yaxınlıqdakı nasosxanalardan və ya mağazalardan su ehtiyatı toplamağa çağırıb.
"İndi Kiyev yaxınlığında elektrik obyektlərinin zədələnməsi səbəbindən paytaxtda istehlakçıların 80 faizi su təchizatından məhrum olub.
Hər ehtimala qarşı ən yaxın nasosxanalardan və satış məntəqələrindən su ehtiyatı yığmağınızı xahiş edirik”, - Kliçko yazıb.
Onun sözlərinə görə, indi kommunal xidmətlər "Kiyevdə işıqsız qalan 350 min mənzilin elektrik təchizatını bərpa etmək” üçün əlindən gələni edir.
Fevralın 24-dən etibarən Rusiya Ukraynada hərbi əməliyyatlar keçirməyi qərara alıb. Nəticədə Ukraynanın bir çox əraziləri dağıdılıb. Müharibə başlayandan Amerika və Avropanın bir çox ölkələri Rusiyaya qarşı sanksiya tətbiq edib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























