• $
  • €
  • ₽
  • ₺
  • £

Qadın fermerlərin iştirakı ilə görüş keçirilib

Qadın fermerlərin iştirakı ilə görüş keçirilib
31.10.2022 19:00
"Aqrar Sahədə Qadınların İqtisadi Güclərinin Artırılması - WEP” layihəsi çərçivəsində panel görüş keçirilib. Tədbirdə müxtəlif dövlət qurumları, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rəhbər şəxsləri və nümayəndələri, eləcə də qadın fermerlər iştirak edib.
 
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, aqrar sektorda məhsuldarlığın yüksəldilməsi, qadınların aqrar sektorda məşğulluq səviyyəsinin artırılması layihənin əsas məqsədlərindəndir: "WEP-in dayanıqlılığını və davamlılığını təmin etmək üçün növbəti mərhələdə də dövlət qurumlarının sıx əməkdaşlığı ilə qadınların aqrar sahədəki fəaliyyəti kompleks yanaşma ilə dəstəklənəcək. Kənd Təsərrüfatı Nazirliyi olaraq həm beynəlxalq, həm də yerli qurumlarla birgə əməkdaşlıqla qadınların aqrar sahədə iqtisadi gücünün artırılmasında maraqlıyıq. Bu, bizim gələcək fəaliyyət istiqamətlərimizdən birini təşkil edir”.
 
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi rəhbərinin müavini Bariz Mehdiyev "WEP” layihəsinin icrası ilə əlaqədar müxtəlif dövlət qurumları ilə əməkdaşlıq nəticəsində bu layihənin uğurla  icra olunduğunu qeyd edib. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə öz növbəsində bildirib ki, layihə qadınların ictimai həyatda rolunun artırılması, gender bərəbərliyinin qorunması, qadın fermerlərin, sahibkarların və qadın liderlərin dayanıqlı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sistemlərinin yaradılmasında iştirakının yüksəldilməsi baxımından mühüm rol oynayır. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova aqrar sektorda qadınların fəallığının artırılmasının kənd təsərrüfatı sahəsinin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.
 
Qadın sahibkarların daha çox fəaliyyət göstərdiyi sahələrdən birinin aqrar sektor olduğunu deyən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, günü-gündən ölkəmizdə qadın sahibkarlığının çəkisi artmaqdadır. KOBİA rəhbəri qadın sahibkarlığının müxtəlif sahələrdə, o cümlədən aqrar sektorda inkişafının təşviq edilməsi, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.
 
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli regionlarda məşğulluğun təmin olunmasında kənd təsərrüfatı sahəsinin mühüm rol oynadığını qeyd edərək qadınların fərqli peşələrə yiyələnməsinin və əmək bazarına uyğunlaşmasının vacibliyinə diqqət çəkib.
 
Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov öz növbəsində aqrar sektorda qadınların iştirak səviyyəsinin artırılması, regionlarda qadın sahibkarlığının genişləndirilməsi işinə dəstək göstərməyə hazır olduqlarını vurğulayıb. Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini, WEP layihəsi üzrə milli koordinator Leyla Cabbarlı "WEP” layihəsi çərçivəsində görülən işlərə toxunub, layihənin dayanıqlılığının və davamlılığının təmin edilməsi istiqamətində nəzərdə tutulan tədbirlər barədə təqdimatla çıxış edib.
 
Görüş panel müzakirələrlə davam etdirilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol