• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısı və millət vəkili Yeni Yasamal sakinləri ilə görüş keçirdilər

İcra başçısı və millət vəkili Yeni Yasamal sakinləri ilə görüş keçirdilər
31.10.2022 16:50
Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsinə dair tapşırığına uyğun olaraq Yasamal rayonunda sakinlərlə növbəti görüş keçirilib.
 
Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Səbinə Xasayeva birgə iştirak ediblər. Qəbul rayonun Yeni Yasamal yaşayış massivindəki 308 saylı tam orta məktəbin akt zalında baş tutdu. Görüşdə Yasamal rayonunun sakinləri, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Yasamal bələdiyyəsinin və xidmət sahələrinin nümayəndələri iştirak ediblər.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Yasamal sakinlərinin qayğıları ilə maraqlandı və onları öz müraciət, təklif və şikayətlərini açıq formada bildirməyə dəvət etdi.

Söz alan vətəndaşlar məşğulluq, mənzillərdə istilik sistemlərinin fəaliyyəti, yığılmış kommunal borcların ödənişi, su boru xəttlərinin istismar müddəti, yol infrastrukturunun vəziyyəti, agacların budanması,həyətlərin abadlaşdırılması,yaşayış evlərinin altındakı qrunt suların aradan qaldırılması və bir sıra sosial məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı cavablar verdi.Öz növbəsində millət vəkili Səbinə Xasayeva vətəndaşların maddi rifah halının yüksəldilməsi üçün Milli Məclis tərəfindən görülən qanunverici təşəbbüslər barədə danışdı.Qəbulda sakinləri narahat edən problemlər dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verildi.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol