Vətən müharibəsinin şəhidləri məzarları önündə yad edilib

Vətən müharibəsinin hərbçi şəhidləri Şahin Agayev və Mirsəfa Rzayevin əziz xatirəsi bu gün İkinci Fəxri Xiyabanda baş tutan anım mərasimində yad edilib.
Dövlət himni səsləndirilib, gül dəstələri qoyulub, ruhlarına dualar oxunub. Anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və aparat əməkdaşları və Dövlət Turizm Agentliyinin sədri Fuad Nagıyev və agentliyin əməkdaşları iştirak ediblər. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələrinin üzvləri ilə söhbətində onlara təsəlli verdi, səbr dilədi. İcra başçısı şəhid qanının yerdə qalmadığını, torpaqlarımızın azad edildiyini qeyd etdi.Bildirildi ki, bizə Zəfər bəxş edən Ali Baş Komandan İlham Əliyev, şəhid və qazilərimiz gələcək nəsillər tərəfindən hər zaman xatırlanacaqlar. Şəhid ailəsinin üzvləri hərbiçilərimizin xatirəsinə göstərilən diqqətə görə ölkə rəhbərliyinə dərin təşəkkürünü bildirdilər.
Şahin Agayev 13 dekabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 286 saylı orta məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra Azərbaycan Milli Aviasiya Akademiyasına qəbul olmuş, 2016-cı ildə Akademiyanı pilot ixtisası üzrə qırmızı diplomla bitirmişdir. Füzuli rayonunun Şükürbəyli kəndində N saylı hərbi hissədə vətənə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 25-də şəhidlik zirvəsinə ucalmışdır.Subay idi.Ağayev Şahin Azər oglu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Cəsur döyüşçü” medalı, "Vətən uğrunda” medalı, Fizulinin azad olunmasına görə"medalı və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























