Həmkəndlisini güllələyən şəxs TUTULDU

Bu gün saat 13 radələrində Bərdə rayonunun Bala Qəcər kəndi ərazisində kənd sakini əvvəllər məhkum olunmuş Rəcəb Məmmədov münaqişə zəminində həmkəndlisi Eldar Məmmədova ov tüfəngindən atəş açıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Eldar Məmmədov və onları aralamaq istəyən kənd sakini Sərxan Əsədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində R.Məmmədov Qaradəmirçi kəndi ərazisində tutulub. Ondan qanunsuz saxladığı 1 ədəd ov tüfəngi götürülüb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib