• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid Səbuhi Əhmədovun qardaşının müraciətinə nazirlik yenidən YOX dedi

Şəhid Səbuhi Əhmədovun qardaşının müraciətinə nazirlik yenidən YOX dedi
01.11.2022 11:13
Şəhid Sənan Əhmədovun qardaşına şəhid ailəsinin statusunun verilməsi ilə bağlı müraciətə yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtina gəlib. Bu barədə Sənan Əhmədov  Oxu.az-a açıqlamasında bildirib.
 
O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məsələ ilə bağlı yekun cavab göndərilib.

"İdarə Heyətinin sədr müavini Pərviz Səfərovun imzaladığı sənədə əsasən, Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 2.1.4-cü yarımbəndində nəzərdə tutulan şəhidin uşaq evində böyüyən bacıları və qardaşları, həmin qaydaların 2.1.6-cı yarımbəndinə əsasən əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək şəhid ailəsi üzvü hesab edilirlər", - məlumatda deyilir. 
 
Sənan Əhmədov nazirlikdən heç bir gözlənti olmadığını sadəcə şəhid qardaşı statusunu almaq istədiyini vurğulayıb. 
 
Oktyabrın 4-də Şəhid Səbuhi Əhmədovun qardaşına Dövlət Sosial Müdafiə Fondu tərəfindən şəhidin vərəsəsi kimi Sənan Əhmdədova 11000 manat müavinət verilib. 
 
İki yaşında valideynlərini itirən Səbuhi Əhmədov qardaşı Sənan Əhmədovla birlikdə SOS uşaq evində böyüyüb. Səbuhi Əhmədov 12-14 sentyabr 2022-ci il tarixində  Ermənistanla münaqişə zamanı şəhid olub. O, İkinci Fəxri Xiyabanda dəfn olunub. 
 
Aytac

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol