• $
  • €
  • ₽
  • ₺
  • £

Son 3 ayda it dişləməsindən müraciət edənlərin sayı açıqlanıb

Son 3 ayda it dişləməsindən  müraciət edənlərin sayı açıqlanıb
01.11.2022 10:19
2022-ci ilin avqust-oktyabrından it dişləməsindən 321 nəfər müraciət edib.  Bu barədə Kliniki Tibbi Mərkəzinbunu (KTM) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu facebook hesabında paylaşıb.

"Bu dövr ərzində it dişləməsi ilə bağlı müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb. Itlərin, xüsusi ilə sahibsiz itlərin insanları dişləməsi təhlükəlidir. İt dişləməsinə məruz qaldıqda mütləq ixtisaslaşmış və quduzluq əleyhinə vaksin olan tibb müəssisəsinə müraciət edilməlidir. Çünki it dişlədikdən sonra peyvənd vasitələrinin vurulmasının gecikdirilməsi quduzluq əlamətinin yaranmasına səbəb olur. Həmin əlamətin aşkarlanması isə müalicənin gedişini çətinləşdirir", - Elnur Hidayətoğlu qeyd edib.
 
Hidayətoğlu quduzluğu ağır xəstəlik hesab edildiyini vurğulayıb.

"Quduzluq heç vaxt öz-özünə sağalmır, vaxtında müalicə aparılmasa insan ölümünə də səbəb olur. Bu baxımdan ən vacib məsələ quduzluq əleyhinə vaksinin həmin gün və gecikdirilmədən vurulmasıdır'',- o bildirib.
 
Bəs it dişləyən zaman nə etmək lazımdı?
 
Quduzluq xəstəliyi təkcə itdən deyil, digər heyvanlardan, o cümlədən xəstəliyə yoluxan pişiklərdən, canavardan da keçə bilər. Heyvan dişləməsindən sonra dərhal yaranın yuyulması, təmizlənməsi, zərərçəkənin həkim-infeksionistə gətirilməsi və təcili surətdə quduzluq əleyhinə vaksinin vurulması lazım gəlir. Quduzluq xəstəliyinə yoluxan insana vaksin vurulmadığı təqdirdə onda quduzluq əlamətləri hiss edilir. Bu əlamətlər hiss edildikdən sonra vaksinin heç bir köməyi olmur və xəstə ölür. Buna görə də dərhal reaksiya lazımdır. Həkimlər valideynlərə çağırış edərək bildirirlər ki, övladlarını it dişləyən zaman məsuliyyətli olub 28 gün ərzində vurulması lazım gələn vaksinləri vurdurmalıdırlar.
 
Aytac Zeynalova
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol