• $
  • €
  • ₽
  • ₺
  • £

Rəqəmsal dünyada birlikdə inkişaf edək!

Rəqəmsal dünyada birlikdə inkişaf edək!
01.11.2022 15:25
Azercell qadınların texnologiya və biznes sahəsində inkişafı proqramına start verir


"Azercell Telekom” MMC "FemTech” tərəfdaşlığı ilə "Her Improvement" layihəsi çərçivəsində yeniliyə açıq, öyrənmə həvəsli və startap ideyası olan qadınları növbəti uzunmüddətli inkişaf proqramına dəvət edir.


Noyabr 2022 - Aprel 2023 müddətini əhatə edəcək proqramda iştirakçılar üçün müasir texnologiyalar, biznes mövzularında təlimlər nəzərdə tutulub.  Eyni zamanda xanımlar proqramlaşdırma dərslərində iştirak etmək, peşəkar mentorlarla, yerli və beynəlxalq bazarda real təcrübəsi olan Informasiya Texnologiyaları (İT) liderləri və startap təsisçiləri ilə görüşmək şansı qazanacaqlar. Layihə çərçivəsində iştirakçılar startap ideyalarının inkişafı üçün inkubasiya proqramını keçmək, öyrəndiklərini praktiki olaraq icra etmək, professional əlaqələr qurmaq imkanı əldə edəcəklər. Proqramın sonunda qalib komandaya pul mükafatı təqdim olunacaq. 


Layihəyə 16-29 yaş arası xanımlardan ibarət 5 nəfərlik komandalar müraciət edə bilər. Proqrama qoşulma tam ödənişsizdir. 6 ay müddətində aktiv iştirak mütləqdir. Qeydiyyatın son tarixi: 20.11.2022. Əlavə məlumat və layihəyə qoşulmaq üçün aşağıdakı linkə keçid almaq lazımdır:
https://docs.google.com/forms/d/e/1FAIpQLSey0difMXgoQt85bqSOcbAZDItp3SrSzjiOPAVjEcW6gEq24A/viewform
Azercell Telekom uzunmüddətli "Her Improvement" layihəsinin inkişaf mərhələləri barədə KİV vasitəsilə ictimaiyyəti məlumatlandıracaq və proqramın gedişatı ilə bağlı xəbərləri paylaşacaq.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol