• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA monitorinq keçirib, 4 içkinin enerji içkisi olmadığı müəyyən edilib

AQTA monitorinq keçirib, 4 içkinin enerji içkisi olmadığı müəyyən edilib
01.11.2022 21:30
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) keçirdiyi monitorinqlər zamanı ölkədə istehsal olunan və ölkəyə idxal edilən enerji içkilərindən və sərinləşdirici içkilərdən nümunələr götürülərək laborator müayinələr aparıb.

Bu barədə  AQTA-dan məlumat verilib.

Araşdırmalar nəticəsində aşağıdakı içkilərin də enerji içkisi olmadığı müəyyən edilib:

1. "Caucasus Energy” MMC tərəfindən istehsal edilən "Roarx Gold Punch” – enerji içkisi deyil;

2. "Caucasus Energy” MMC tərəfindən istehsal edilən "Roarx Red Fire” – enerji içkisi deyil;

3. "ENNA” MMC tərəfindən istehsal edilən "Plus Power” – enerji içkisi deyil;

4. "Berg Energy” MMC tərəfindən istehsal edilən "Berg the great Power” – enerji içkisi deyil.

AQTA tərəfindən aparılmış ilkin monitorinqin nəticəsinə əsasən, markalanmasında aşkarlanan uyğunsuzluqlarla əlaqədar "A+CO” MMC tərəfindən istehsal olunan "Full Energy” içkisinin ticarət şəbəkələrindən geri çağırılması və məhv edilməsi təmin olunub. Hazırda "Full Energy” içkiləri tələblərə uyğun yeni qablaşdırmada istehsal edilir. Buna baxmayaraq, aparılan təkrar monitorinqlər zamanı "A+CO” MMC tərəfindən oxşar pozuntulara yol verildiyi aşkarlanıb. Belə ki, həmin müəssisədə istehsal edilən "Enershock”un enerji içkisi olduğu təsdiqini tapsa da, enerji içkilərinə dair qanunvericilikdə nəzərdə tutulan markalanma tələblərinin pozulduğu aşkarlanıb. Qeyd edilən halla bağlı müəssisədə zəruri tədbirlərin görülməsinə başlanıb.

Qazlı və alkoqolsuz içkilərin qablarının üzərində istehlakçıların hüquqlarının pozulmasına səbəb olan, sanki enerji içkisi olması təəssüratını yaradan ifadələrin yazıldığı aşkarlandıqda, həmin məhsullar və istehsalçı müəssisələrlə bağlı qanunvericilik çərçivəsində tədbirlər görülür.

AQTA istehlakçıların nəzərinə çatdırır ki, qeyd edilən məhsulların enerji içkisi olmadığını nəzərə alsınlar və müvafiq qabın üzərində yazılan enerji içkisi təəssüratı yaradan məlumatlara aldanmasınlar. Agentlik tərəfindən isə ticarət şəbəkələri və ictimai iaşə obyektlərində aparılacaq monitorinqlər zamanı bu kimi hallar aşkarlandıqda, qanunvericiliyə uyğun ciddi tədbirlərin görülməsi davam etdiriləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol