• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkə üzrə 113 min ağac əkilib

Ölkə üzrə 113 min ağac əkilib
01.11.2022 17:50
Payız əkin mövsümü başlayandan ölkə üzrə ümumilikdə 113 000 ağac əkilib, 8500 kiloqram toxum səpilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, ağacəkmə tədbirlərində əkilən ağaclar Meşə Təsərrüfatı Mərkəzlərinin və "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin tinglik sahələrində yetişdirilir:


"Təqdirəlayiq haldır ki, son illər dövlət və özəl qurumlar da peşə bayramlarını, əlamətdar və xüsusi günlərini ağacəkmə aksiyaları ilə qeyd edirlər. Keçirilən genişmiqyaslı ağacəkmə tədbirləri, eyni zamanda iqlim dəyişikliklərinə qarşı mübarizədə böyük rol oynayır, istilik effekti yaradan qaz tullantılarının azaldılmasına  və ölkəmizin qoşulduğu təşəbbüslərə öz töhfəsini verir”, - qurum rəsmisi bildirib.


İradə İbrahimova qeyd edib ki, payız ağac əkini ilə əlaqədar Bakı və Abşeronda, eləcə də, bütün regionlarda genişmiqyaslı ağacəkmə tədbirləri davam edir, meşə və qeyri-meşə fondu torpaqlarında hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif cinsli ağaclar əkilir, toxumlar səpilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol