• $
  • €
  • ₽
  • ₺
  • £

AMAY-ın prezidenti həbsdə qaldı

AMAY-ın prezidenti həbsdə qaldı
10.04.2014 17:31
Aprelin 10-da Bakı Apellyasiya Məhkəməsində iş adamı Abdulla Abdullayevin şikayəti üzrə proses keçirilib. Binəqədi Rayon Məhkəməsi aprelin 4-də onun haqqında həbs qətimkan tədbiri seçib. İş adamı həmin qərarın ləğvini istəyib.Vəkil Əkbər Bağırov “Media forum” saytına deyib ki, prosesdə Abdulla Abdullayev də iştirak edib: “O, həbs qərarından narazıdır, ittihamları qanunsuz hesab edir. Bu barədə məsləhətləşmələr aparıb Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyi düşünürük. Əslinə qalanda bu, mülki xarakterli işdir, kredit götürülüb və məsələ mülki qaydada həll edilməlidir. Abdulla Abdullayev heç bir dövlət əmlakını mənimsəməyib və belə bir fikri də olmayıb. Onun işində cinayət tərkibi görmürük. Bütün bunlara baxmayaraq apellyasiya instansiyası Binəqədi Rayon Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxladı.Müdafiə tərəfi olaraq Bakı Apellyasiya Məhkəməsinin bu qərarını, Abdulla Abdullayev barəsində cinayət işi başlanmasını, onun həbsini qanunsuz hesab edir və bu qanunsuzluqların aradan qaldırılması üçün Azərbaycan Respublikası qanunvericiliyi və beynəlxalq hüquq normaları ilə nəzərdə tutulmuş bütün mümkün müdafiə vasitələrindən istifadə etməyi zəruri sayırıq. İstintaq dövründə onun haqqında çıxarılan həbs qətimkan tədbirinin seçilməsinə zərurət yoxdur. Çünki onun daimi yaşayış yeri var, istintaqdan gizlənməyib”.Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin səhhəti yaxşıdır, saxlanma şəraitindən şikayəti yoxdur.Abdulla Abdullayev aprelin 4-də həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material əsasında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılma aparılıb: “İlkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi  başlanıb. Aparılmış istintaqla 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaitin özü tərəfindən müəyyən edilməklə ayrı-ayrı hüquqi şəxslərin müvəkkil edilmiş kredit təşkilatı olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməsinə nail olaraq həmin vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında və özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol