• $
  • €
  • ₽
  • ₺
  • £

9 il həbsdən sonra bəraət alan şəxs danışdı - VİDEO

9 il həbsdən sonra bəraət alan şəxs danışdı - VİDEO
02.11.2022 10:12
Azərbaycanda ömürlük həbs cəzası almış məhkum 9 ildən sonra bəraət alıb. 2013-cü ildə birlikdə yaşadığı qadını və onun qardaşı qızını zəhərləyərək öldürməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş Aydın Qəhrəmanov Ali Məhkəmənin qərarı ilə azad olunub.
 
53 yaşında tutulan Aydın Qəhrəmanov 62 yaşında məhkəmə zalından azadlığa buraxılıb.
 
2013-cü ildə Bakıda Aida Yəhyayeva və onun qardaşı qızı Samirə Yəhyayevanın dərmandan zəhərlənərək ölmələri barəsində prokurorluğa məlumat daxil olub. Əvvəlcə, Cinayət Məcəlləsinin "Özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi başlanıb. Aydın Qəhrəmanov təqsirləndirilən şəxs qismində tutulub. Daha sonra ona Cinayət Məcəlləsinin "tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə" və "iki və ya daha çox şəxsi öldürmə" maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Qəhrəmanov ömürlük azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Uzun çəkən məhkəmə və ekspertizalardan sonra ona bəraət verilib.
 
Aydın Qəhrəmanov deyir ki, əslində, həmin gecə 3 il birlikdə yaşadığı qadınla və onun qardaşı qızı ilə birlikdə zəhərlənib. Aydın Qəhrəmanovun vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib. Hətta Qəhrəmanov xəstəxanada olanda mərhum Aida Yəhyayeva onu ziyarət edib. Xəstəxanadan çıxdıqdan sonra isə mərhum Aydın Qəhrəmanova zəng edərək deyib ki, müalicə müddətində içdiyi dərmanlardan ona da gətirsin.
 
Bundan sonra isə Aida Yəhyayeva və onun qardaşı qızı Samirə Yəhyayevanın vəziyyəti pisləşib. Zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Bir neçə gündən sonra isə dünyalarını dəyişiblər.
 
Beləliklə, Aydın Qəhrəmanov həbs olunub. 9 il 6 ay dəmir barmaqlıqlar arxasında qalan məhkum azadlıq üçün hər gün mücadilə aparıb, günahsız olduğunu isbatlamaq məqsədi ilə müraciət etmədiyi ünvan qalmayıb.

Maraqlıdır ki, dünyada nadir yaşanan bu təcrübədə məhkumun həyatından "oğurlanmış" illərin qarşılığı nə olur və ya nə olmalıdır?

Bununla bağlı konkret qanunverici akt olmasa da, günahsız yerə həbsdə yatmış şəxsin bunun kompensasiyasını maddi formada almaq hüququ var. Aydın Qəhrəmanovun vəkili Tərlan Azayev deyir ki, müvəkkili ilə bağlı tezliklə kompensasiya üçün müraciət edəcəklər.
 
Hazırda Aydın Qəhrəmanovun səhhətində ciddi problemlər var. Bundan sonra o, yalnız sağlamlığına qovuşmaq üçün çalışacağını deyir. İnanır ki, əsl günahkar tapılacaq, dünyasını dəyişən yaxınlarının qanı yerdə qalmayacaq.
 

 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol