• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il ölən jurnalistlərin sayı açıqlanıb

Bu il ölən jurnalistlərin sayı açıqlanıb
02.11.2022 09:14
2022 ci il də dünyada 70-dən çox jurnalist peşə fəaliyyətini yerinə yetirərkən öldürülüb. Bunu BMT-nin Baş katibi Antonio Quterreş öz tvitter hesabında yazıb.

 Onun sözlərinə görə, media nümayəndələrinə qarşı törədilən cinayətlərin üstü açılmalıdır.

"Biz cəzasızlığa son qoymalı və jurnalistlərə öz vacib işlərini yerinə yetirməyə imkan verməliyik”, - Baş katib vurğulayıb.
 
2021 ci ildə jurnalist qətli ən çox Asiya-Sakit okean regionunda 23 jurnalist və Latın Amerikası, Karib hövzəsində 14 jurnalist qətli baş verib.

BMT-nin məlumatına görə 2006-cı ildən bəri dünyada hər 10 jurnalist qətlindən 9-nun üstü hələ də açılmayıb.

 UNESKO-nun bütün dünyada jurnalistlərin ifadə azadlığını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq mandatı var.

Hər dəfə hansısa jurnalist və ya media mütəxəssisi öldürüləndə agentlik hakimiyyəti sistemli şəkildə araşdırma aparmağa çağırır.

UNESKO, həmçinin jurnalistlər və məhkəmə orqanları üçün treninqlər keçirir. Eyni zamanda, qurum hər il 3 May- Beynəlxalq Mətbuat Azadlığı Günü ilə bağlı tədbirlər təşkil edir.

Dünyada qətlə yetirilən media nümayəndələrindən ikisi azərbaycanlı jurnalistlərdir. Onlar erməni terrorunun qurbanı olublar. Belə ki, 2021-ci il iyunun 4-də saat 11.00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan "KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər - AZƏRTAC-ın müxbiri Məhərrrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olublar.
 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol