• $
  • €
  • ₽
  • ₺
  • £

Metronun 3 stansiyasında iş saatı UZADILACAQ

Metronun 3 stansiyasında iş saatı UZADILACAQ
02.11.2022 12:06
Noyabrın 3-də "Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində "Qarabağ” Futbol Klubunun keçirəcəyi oyunla əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.
 
Bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar "Bakı Metropoliteni” QSC-nin əməliyyat planına uyğun olaraq, stansiyada oyun ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Nəzarət mexanizmləri gücləndiriləcək, stansiyada növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq.
 
"Nərimanov” və "28 May” stansiyalarında ehtiyat tədbirlər görüləcək. Bundan əlavə, "Qarabağ” FK-nın müraciətinə uyğun olaraq, "Bakı Metropoliteni” QSC-nin verdiyi qərara əsasən, futbol matçını stadionda izləyəcək azarkeşlərin qarşılaşmadan sonra mənzil başına rahat çatmaları üçün "Gənclik”, "28 May” və "Nərimanov” stansiyalarında iş saatı 01:00-a qədər uzadılacaq.
 
Zərurət yaranacağı təqdirdə, hazır vəziyyətdə saxlanılacaq ehtiyat qatarlar xəttə buraxılacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol