• $
  • €
  • ₽
  • ₺
  • £

Mopedlə narkotik satan şəxs saxlanılıb - VİDEO

Mopedlə narkotik satan şəxs saxlanılıb - VİDEO
02.11.2022 18:00
Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində paytaxt ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən narkotik vasitələrin satışını və paylanmasını təşkil edən daha bir nəfər saxlanılıb.
 
DİN-dən Modern.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Amil Sərhədov tutularaq istintaqa təqdim edilib. Onun üzərinə və Yasamal rayonundakı evinə baxış zamanı ümumilikdə 2 kiloqrama yaxın müxtəlif növdən olan narkotik vasitə aşkar olunaraq götürülüb. Amil Sərhədov ifadəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən narkotik vasitələrin Bakı şəhərində satışını və paylanmasını təşkil etdiyini bildirib. O, əvvəlcədən təyin edilən ünvanlara narkotikləri çatdırmaq və ətrafdakı insanların diqqətini cəlb etməmək üçün kuryer görüntüsü yaradaraq mopeddən istifadə edirmiş.
 
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Amil Sərhədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol