• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdamda yeni istehsal sahələri yaradılır

Ağdamda yeni istehsal sahələri yaradılır
02.11.2022 21:30
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında daha 4 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 11-ə çatıb.
 
Yeni rezident "Rail Trans Service” Məhdud Məsuliyyətli Cəmiyyəti Sənaye Parkının 1 hektar ərazisində "Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı” layihəsini həyata keçirəcək. Layihə çərçivəsində müxtəlif növ dəmir yolu avadanlıqları istehsal ediləcək.
 
Məlumata görə, investisiya dəyəri 5,7 milyon manat olan müəssisədə 45 daimi iş yeri açılması nəzərdə tutulur.
 
Ağdam Sənaye Parkının digər yeni rezidenti "Mister Decor” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Sənaye Parkının 1 hektarında divar kağızlarını istehsal edəcək müəssisə inşa olunacaq.
 
İnvestisiya dəyəri 6,5 milyon manat olan müəssisədə 76 nəfər daimi işlə təmin olunacaq.
 
Daha bir yeni rezident "Almet Holding” Qapalı Səhmdar Cəmiyyəti Sənaye Parkının 1 hektar ərazisində "Müxtəlif növ dəmir məmulatlarının istehsalı” layihəsini həyata keçirəcək. Layihə çərçivəsində polad həsir, mismar, bolt, məftil, eləcə də sinkli məftil istehsal ediləcək.
 
Layihənin investisiya dəyəri 13 milyon manatdır. Layihə çərçivəsində 100 nəfər daimi işlə təmin ediləcək.
 
Sənaye Parkının yeni rezidenti "Eel Electric” MMC "Elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının istehsalı” layihəsi icra edəcək. Layihə çərçivəsində 10 və 35 kV-luq elektrik yuvalarının, eləcə də 0,4 kV-luq elektrik paylayıcı qurğu və idarəetmə lövhələrinin istehsalı planlaşdırılır. İnvestisiya dəyəri 1,4 milyon manat olan müəssisədə 30 nəfər daimi işlə təmin ediləcək.
 
Müəssisələrdə istehsal olunan məhsullarin daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracı da nəzərdə tutulur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol