• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda iki aydır müəllimlərə maaş verilmir - İDDİA

Naxçıvanda iki aydır müəllimlərə maaş verilmir - İDDİA
03.11.2022 15:01
Naxçıvanda təhsil işçiləri iki aydır ki, maaş ala bilmirlər. Bu barədə "Gündəlik Naxçıvan”a bir qrup şikayətçi müəllim məlumat verib.

Şikayətçilər deyib ki, maaşlarının gecikdirilməsi ilə bağlı onlara tutarlı səbəb göstərilmir.

Naxçıvan şəhərindəki orta məktəblərin birində müəllim işləyən B.Babayevanın sözlərinə görə, ailədə tək gəlir gətirən o olduğundan, indi maddi sıxıntı yaşayırlar.

"Həyat yoldaşım ağır xəstədir, bir neçə aydır ürəyindən əməliyyat olunub. İşləyə bilmir və hazırda da müalicəsi davam etdirilir. Əməliyyata xeyli xərcimiz çıxıb. Borc götürmüşük, indi qaytarmalıyıq. İki aydır ki, maaşımızı da vermirlər. Başqa gəlir yerimiz də yoxdur. Maaş barədə soruşanda da deyirlər ki, "tək sən deyilsən, görürsən ki, heç kimə maaş verilmir”. Bir az da səs-küy edəndə deyirlər ki, "xoşun gəlmir ərizəni ver çıx get, işləmə”. Bunlar üçün bizim heç bir dəyərimiz yoxdur”.

Naxçıvanda musiqi məktəblərindən birində işləyən A. Fərzəliyev də iki aydır maaşlarının verilməməsindən şikayətçidir.

"Sentyabrın maaşları yubandı. Bu gün-sabah veriləcək dedilər. Artıq noyabr ayına gəlib çatmışıq. Qarşıdan da qış gəlir. Qışa da tədarük görmək lazımdır.
Ərzaq məhsullarının qiymətləri hər gün qalxır. Qiymətlər artır. Başqa gəlir yerimiz yoxdur. Çarəsiz qalmışıq. Tələb edəndə də gözümçıxdıya salıb, təhdid edirlər. Söz-söhbət gəzir ki, Bakıdan ciddi yoxlama var, bitdikdən sonra veriləcək. Gah da deyirlər ki, maliyyə çatışmazlığı var”.

Naxçıvan Maliyyə Nazirliyindən maaşların verilməməsinin müvəqqəti maliyyə çətinliyi ilə əlaqədar olduğunu və problemin yaxın günlərdə həll olunacağını bildiriblər.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol