• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yanğından ölənlərin sayı artıb

Azərbaycanda yanğından ölənlərin sayı artıb
03.11.2022 16:46
Azərbaycanda 2022-ci ilin yanvar-sentyabrında yanğınlar nəticəsində 42 nəfər həlak olub. Bu, 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 18 nəfər çoxdur. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib. 

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində baş verən yanğınlar nəticəsində ölənlərin sayı bir il əvvəllə müqayisədə 21 nəfərdən 37 nəfərə kimi artıb. Bundan başqa, digər yanğınlarda daha 5 nəfər həlak olub.

Hesabat dövründə yanğınlar zamanı 178 nəfər (artım 71,2%) xəsarət alıb.

Ümumilikdə, 2022-ci ilin yanvar-sentyabrında Azərbaycanda 1,713 min yanğın (azalma 5,1%) qeydə alınıb.

2022-ci ilin yanvar-sentyabrında  Azərbaycanda baş vermiş təbii və texnogen xarakterli partlayış və hadisələr nəticəsində  isə 42 nəfər həlak olub. 

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ilin əvvəlindən Azərbaycanda 14 369 təbii və texnogen xarakterli hadisə qeydə alınıb ki, bu da 2021-ci ilin 9 ayı ilə müqayisədə 10,4% çoxdur.

Bu hadisələr nəticəsində 42 nəfər (bir il əvvəl 24) həlak olub, daha 178 nəfər (bir il əvvəl 104) yaralanıb.

Təbii və texnogen xarakterli hadisələr zamanı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən 87 nəfər xilas edilib, 894 nəfər təxliyə olunub. 

Hesabat dövründə respublika ərazisində 47 partlayış baş verib ki, bu da 2021-ci illə müqayisədə 17,5% azdır. Partlayışlar nəticəsində 14 nəfər ölüb, 84 nəfər yaralanıb.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol