• $
  • €
  • ₽
  • ₺
  • £

"Xəngəland” bağlandı - VİDEO

"Xəngəland” bağlandı - VİDEO
04.11.2022 10:14
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
 
FHN-dən verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 88, mənzil 5 ünvanında yerləşən Əhmədov Sabir Faiq oğluna məxsus "Xəngəland” kafesində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
 
Belə ki, 1 noyabr 2022-ci il tarixində 90-JB-457 dövlət qeydiyyat nişanlı, "Qazel” markalı yük avtomobilindən propan qaz balonlarının sözügedən obyektə daşınması haqqında daxil olmuş əməliyyat məlumatı və sakinlərin müraciətləri əsasında operativ yanğın-texniki müayinə keçirilməsi məqsədilə qanunamüvafiq qaydada qeyd olunan obyektdə yoxlama aparılıb və yanğın təhlükəsizliyi qaydalarının tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Belə ki;

- obyektin yerləşdiyi mərtəbədə binanın ümumi istifadəsində olan, insanların təhlükəsiz təxliyəsi üçün nəzərdə tutulmuş dəhliz hissəsindən mətbəx otağına qanunsuz qaz xəttinin çəkildiyi və propan qaz balonlarının rezin boru vasitəsilə həmin xəttə birləşdirilərək yanğın təhlükəsizliyi və tikinti norma və qaydalarının tələblərinin kobud şəkildə pozulduğu;
 
- obyektin otaqlarında avtomatik yanğın xəbərdaredici qurğuların quraşdırılmadığı;
 
- insanların kütləvi toplaşdığı obyektdə ehtiyat təxliyə yolunun mövcud olmadığı;
 
- obyektin normaların tələblərinə uyğun sayda ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilmədiyi;
 
- elektrik təsərrüfatına profilaktik baxış keçirilmədiyi və elektrik naqillərinin izolyasiyasının gərginliyə qarşı müqavimətinin yoxlanılmadığı;
 
- tüstü bacalarının yağ qalıqları və digər yanar materiallardan təmizlənmədiyi;
 
- obyektin işçi heyətinin yanğın təhlükəsizliyi tədbirləri və yanğın zamanı davranış qaydaları haqqında təlimatlandırılmadığı aşkar olunub.
 
Onu da qeyd edək ki, sahibkar Sabir Əhmədova belə fəaliyyətin yanğın-partlayış hadisələrinin baş verməsinə real zəmin yaratması barədə dəfələrlə xəbərdarlıq edilməsinə və barəsində inzibati tədbirlər görülməsinə baxmayaraq, obyektdə kobud qayda pozuntularına hələ də yol verilir.
 
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın və ya partlayış hadisəsi qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
 
Qeyd olunanlarla əlaqədar qanunvericiliyə uyğun olaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 88, mənzil 5 ünvanında yerləşən Əhmədov Sabir Faiq oğluna məxsus "Xəngəland” kafesində işlərin və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib. Eyni zamanda, real təhlükə mənbəyi olan propan qaz balonlarının binadan kənarlaşdırılması təmin olunub.
 
Ətrafda yaşayan vətəndaşlar Dövlət Yanğın Nəzarəti Xidmətinin bu qərarından razı qalıb, minnətdarlıqlarını bildiriblər.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol