İcra başçısı ərazidə Yasamal sakinləri ilə görüşdü

Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsinə dair tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti görüş keçirilib.
Sakinlərin problemlərinin aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov iştirak edib. Qəbul rayonun 158 saylı tam orta məktəbin akt zalında baş tutdu.
Görüşdə Yasamal rayonunun sakinləri, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Yasamal bələdiyyəsinin və xidmət sahələrinin nümayəndələri iştirak ediblər.
Görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinləri öz müraciət, təklif və şikayətlərini səsləndirməyə dəvət etdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























