DTX-nin saxladığı şöbə müdiri külli miqdarda mənimsəmədə ittiham olunur

Bir neçə gün əvvəl həbs edilən Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibovun nədə ittiham olunması məlum olub.
Nazirliyin şöbə müdiri xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.
İlkin Nəsibova Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham verilib.
İlkin Nəsibov Dövlət Təhlükəsizliyi Xidmətinin noyabrın 1-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onun barəsində Səbail rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Onu da qeyd edək ki, əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də istintaqa cəlb olunub. Lakin onun barəsində hər hansı bir qətimkan növünün seçilməsi ilə bağlı məlumat yoxdur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























