• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxslər 7 evi soyub - VİDEO

Bu şəxslər 7 evi soyub - VİDEO
04.11.2022 21:30
Abşeron rayonu Atyalı qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib.
 
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
 
Mənzilin sahibi Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edərək naməlum şəxsin evə daxil olaraq oradan dəyəri 5 min manat olan bir ədəd ov tüfəngi, həmçinin digər məişət əşyaları oğurladığını bildirib. Eyni məzmunlu şikayətlərlə ətraf ərazidə olan daha bir neçə evdən Polis Bölməsinə şikayətlər daxil olub.
 
Hadisə yerlərinə baxış keçirilən zaman müəyyən edilib ki, oğurluqlar eyni şəxslər tərəfindən törədilib. Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqlarda şübhəli bilinən əvvəllər məhkum olunmuş Aqşin Hüseynov və Elman Əkbərzadə saxlanılıblar. Onlar ifadələrində həmin ərazidə yerləşən ümumilikdə 7 evdən televizor, kompüter avadanlıqları və digər əşyalar oğurladıqlarını bildiriblər. Aqşin Hüseynov və Elman Əkbərzadədən oğurluq yolu ilə ələ keçirdikləri əşyaların bir qismi aşkar edilərək götürülüb. 
 
Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdIrmalar davam etdirilir.
 

 

 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol