Büdcənin idarə olunması üçün müəyyən bir mexanizm olmalıdır - Deputat

Azərbaycanda büdcənin idarə olunması üçün müəyyən bir mexanizm olmalıdır, bunu bunu Milli Məclisin deputatı Tahir Rzayev Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin noyabrın 4-də keçirilən birgə iclaslarında çıxışı zamanı deyib.
" Son illər büdcənin talan edilməsinə dair bir çox faktlar var. Bəzi nazir, nazir müavinləri, icra başçılarının həbsi onu deməyə əsas verir ki, büdcənin idarə olunması üçün mexanizmə ehtiyac var. Bununla bağlı hələ bir nəzarət mexanizmi yoxdur. Qurumlar bu nəzarəti gücləndirməlidir. Bu büdcənin də formalaşmasının xeyrinədir”, - deputat bildirib.
Tahir Rzayev bazarlarda bahalaşmanın getdikcə sürətlənməsinə narahatlığını ifadə edib.
www.anews.az

"Bazarlarda hər gün qiymətlər sürətlə artır. Digər sahələrdə olan bahalaşma ilə yanaşı ərzaq məhsullarının qiyməti də artır. Sahibarlar vergi ödədiyi halda məhsullarını bazara çıxara bilmir. Rayonlarda çox ucuz olan ərzaq məhsulları Bakıda 5-6 dəfə baha qiymətə satılır. Bu bizim iqtisadiyyatımıza zərbədir. Maliyyə orqanları bu barədə ciddi düşünməlidir”, - deputat əlavə edib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib