• $
  • €
  • ₽
  • ₺
  • £

Sahil Babayev - Deputatların pensiya yaşının azaldılması ilə bağlı təklifindən məlumatsızam

Sahil Babayev - Deputatların pensiya yaşının azaldılması ilə bağlı təklifindən məlumatsızam
04.11.2022 18:08
Əmək və Əhalinin Sosial Müdafiə Naziri Sahil Babayev deputatların pensiya yaşının azaldılması ilə bağlı təkliflərindən xəbərsiz olduğunu deyib. Bu barədə nazir anews.az-ın sualına cavab olaraq açıqlama verib.
 
"Deputatların pensiya yaşının azaldılması ilə bağlı təkliflərindən məlumatsızam" - nazir açıqlamasında vurğulayıb.
 
Milli Məclisin Plenar iclasında deputatlar Azərbaycanda pensiya yaşının azaldılmasını bir neçə dəfə təklif edilib. 

Belə ki, deputat Fazil Mustafa bildirib ki, pensiya yaşının azaldılmasına ehtiyac var. 

"Statistika nə desə belə, Azərbaycanda adamlar 70 yaşdan çox yaşaya bilmir. Ona görə də hesab edirəm ki, pensiya yaşı azaldılmalıdır. Xüsusilə qadınların pensiya yaşının azaldılmasına ehtiyac var, - Fazil Mustafa bildirib.

Millət vəkili Fəzail Ağamlı da pensiya yaşının azaldılması üçün Parlamentdə çıxış edib.

Ölkədə yaş həddi o qədər də yuxarı deyil. İnsanlar 60 yaşdan sonra müxtəlif səbəblərdən xəstəliklə yaşayır. Biz pensiya yaşı həddini kişilər üçün 60, qadınlar üçün 50 etsək daha optimal olar” – Ağamalı söyləyib.

İqtisadiyyat komitəsinin üzvü Əli Məsimli də pensiya yaşının azaldılmasını plenar iclasda təlkif edən deputatlardan olub.

Azərbaycanda demoqrafik vəziyyət dəyişib. 5 və 5-dən çox uşağı olan ailələrin sayı azalıb. Biz artıq çoxuşaqlı ailələr məhfumuna yenidən baxmalıyıq. Son 30 ildə Azərbaycanda pensiya yaşının dəyişdirilməsi elə ciddi dəyişikliklərə məruz qalmayıb. 30 il ərzində ömür uzunluğu 2 yaş artıb. Azərbaycanda pensiya yaşı kişilər üçün 63, qadınlar üçün 60 yaş olmalıdır”, - Əli Məsimli bildirib.

"Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 

Gülnar Nazimqızı

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol