• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz Mənsimovun anası - Adıma olan gəmi şəhidlərin adına verilsin

Mübariz Mənsimovun anası - Adıma olan gəmi şəhidlərin adına verilsin
05.11.2022 10:05
İş adamı Mübariz Mənsimovun anası onun adına verilən gəminin şəhidlərin adına verilməsini istəyib. Bu barədə Mübariz Mənsimovun səhifəsində paylaşım edilib.
 
"Mənim anam 9 uşaq böyütmüş atamın halal çörəyini yeyən, gecəsini gündüzünə qatan bir azərbaycanlı xanımıdır. Məni  yanına cağırıb "bir xahişim var" dedi. "Gəmilərə şəhidlərin adını qoyandan telefonu susmur. Qohum qardaş, tanımadığın insanlar, hərə bir xahiş edir: oğlumuzun adına gəmi verin". Və anam da belə bir xahiş etdi. "Mənim adımı daşıyan gəminin adını Qarabağ şəhidləri qoy. Bütün şəhidlərin adına həsr et". Mən də anamın xahişini yerə salmayıb, anamın adını daşıyan "Zümrüd Ana" gəmisinin adını dəyişib, 1992-1994 və  2020-c il şəhidlərinin adlarına ithaf edirəm. Gəmimiz "Qarabağ Şəhidləri" adını daşıyacaq və gəmidəki muzeydə bütün şəhidlərimizi şəkilləri yer alacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Anamın bu xahişini bütün şəhid analarına, atalarına çatdırmaq istədim. Az da olsa, ürəyinizə su səpə bildiksə, nə mutlu bizə", - Mənsimov yazıb.
 
 
Mübariz Mənsimovun rəhbər olduğu "Palmali" Holding bu yaxınlarda şirkətə daha 6 gəmi alacağını açıqlayıb. Gəmi Vətən Müharibəsində şəhid olan qəhrəmanların adını daşıyacaq. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol