Tələbələrdən kəsrə görə pul alınması rüşvətin bir növüdür - Siyavuş Novruzov - VİDEO

Universitetlərdə tələbələrdən kəsrlərə görə pul alınması rüşvətin bir növüdür. Bunu deputat Siyavuş Novruzov "Təhsil haqqında” qanunun müzakirəsi zamanı çıxışında deyib.
"Tələbə hər kəsrə görə pul ödəyir. Bəzən tələbənin 6-7 kəsri olur və bu məbləğ illik təhsil haqqı qiymətinə bərabər olur. Əvvəl müəllim rüşvət alıb qiymət yazırdısa, indi bu mərkəzləşdirilimiş qaydada icra olunur. Onsuzda universitetlər illik haqqları ilə bağlı heç bir hesabat vermirlər. Təklif edirəm ki, bu məsələyə yenidən baxılsın", - deputat bildirib.
Deputat çıxışı zamanı tələbələrin taqüdlərinin artırılmasını da təklif edərək bildirib ki, bu məbləğ mimumum yaşayış məbləğinə çatdırılmalıdır.
Əmək və Əhalinin Sosial Müdafiə Naziri Sahil Babayev növbəti il üçün tələbələrin təqaüdlərinin 20 faiz artıracağını açıqlayıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























