"Dövlət-Özəl tərəfdaşlığ haqqında" qanun nələri dəyişəcək? - VİDEO

Bu gün Milli Məclisin plenar iclasında "Dövlət-Özəl tərəfdaşlığ haqqında" qanun birinci oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihəsini İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.
Tahir Mirkişili Dövlət-Özəl tərəfdaşlığı haqqında qanun layihəsi səkkiz fəsildən və 40 maddədən ibarətdir olduğunu bildirib.
Qanunun hazırlanmasında beynəlxalq təcrübədən istifadə edilərək Asiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə Kooperasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə sıx əməkdaşlıq edilib.
layihənin hazırlanmasında əsas məqsədlər dövlət vəsaitlərindən istifadəsində səmərəliliyin artırılması, dövlət xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi, onlara əlçatanlığın artırılması, iqtisadiyyatın ayrı-ayrı sahələrinin davamlı inkişafının stimullaşdırılması, iqtisadiyyata cəlb olunmuş özəl investisiyaların, o cümlədən, birbaşa xarici investisiyaların həcminin artırılması, sosial-iqtisadi və biznes yönümlü infrastrukturun qurulması və idarə edilməsi, yeni iş yerlərinin yaradılması və rəqabət qabiliyyətinin, məhsul ixracınn artırılmasıdır.
Qanun haqqında ətraflı məlumatı barəsində videomaterialda:
Lida
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























