Tovuzda ağır qəza - Ata öldü, oğlu yaralandı

Tovuzda minik maşını ilə mikroavtobus toqquşub, sərnişinlərdən biri ölüb.
Hadisə rayon ərazisində baş verib. Belə ki, qəza zamanı axşam saatlarında iki nəfərin xəsarət alması, bir nəfərin dünyasını dəyişməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Qafqazinfo”ya bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb:
"Araşdırmalar nəticəsində məlum olub ki, VAZ 2107 markalı avtomobil "Mercedes” markalı mikroavtobusla toqquşub, hadisə nəticəsində minik avtomobilində olan sərnişin, 1976-cı il təvəllüdlü Bayramlı kənd sakini Asif Alıyev dünyasını dəyişib, oğlu, 2001-ci il təvəllüdlü Mansur Alıyev və həmkəndlisi, 1981-ci il təvəllüdlü Bayram İsgəndərov müxtəlif bədən xəsarətləri alıb. Mikroavtobusda sərnişin olmayıb, sürücüsü xəsarət almayıb. Hadisə yerində nəqliyyatın hərəkəti bərpa olunub”.
Faktla bağlı araşdırmalar davam etdirilir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib