• $
  • €
  • ₽
  • ₺
  • £

DİN-dən vəhabilərə qarşı kütləvi etirazlarla bağlı açıqlama

DİN-dən vəhabilərə qarşı kütləvi etirazlarla bağlı açıqlama
10.04.2014 13:41
Bu gün kütləvi informasiya vasitələrində guya Salyanda vəhabilərə qarşı kütləvi etirazların baş verməsi barədə məlumatlar yayılıb. DİN-in Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov ANS PRESS-ə açıqlamasında yayılan xəbərlərin əslində baş verən hadisənin əsl mahiyyətini əks etdirmədiyini bildirib.“Təəssüfləndirici haldır ki, bununla bağlı məlumat əldə edən KİV nümayəndələri ən azından bu xəbəri əlaqədar orqanlarla və ya şəxslərlə dəqiqləşdirməli olduğu halda, tez-tələsik, bir az da şişirdilmiş formada öz saytlarına yerləşdirib. Odur ki, xəbərdə göstərilən əsassız iddiaları təkzib edərək bildirirəm ki, Səlyanda guya məscidə hücum olması və oranın dağıdılması barədə deyilənlər kökündən yanılışdır və uydurmadır”, - deyə Ehsan Zahidov bildirib.Onun sözlərinə görə, həqiqət isə ondan ibarətdir ki, dünən axşam Salyan rayon sakini Fərid Pənahov Daxili İşlər Nazirliyinin “102-zəng” xidmətinə, atası Mahir Pənahov isə rayon polis şöbəsinə müraciət edərək bir qrup şəxsin onlara məxsus mağazanın adı yazılan lövhəsini daşla sındırmalarını bildiriblər.Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə xırda xuliqanlıq hərəkətləri törədərək mağaza sahibinə maddi ziyan vuran 6-7 nəfərdən ibarət bir qurupun üzvlərinin şəxsiyyətləri müəyyən olunub. Onlar rayon Polis Şöbəsinə dəvət edilərək izahatları alınıb.Hazırda faktla bağlı rayon polis şöbəsində təhqiqat aparılır.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol