• $
  • €
  • ₽
  • ₺
  • £

FHN Bakıda bu obyektin fəaliyyətini məhdudlaşdırdı

FHN Bakıda bu obyektin fəaliyyətini məhdudlaşdırdı
07.11.2022 14:07
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən Yeniavaz.com-a verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 5-ci döngə, ev 6 ünvanında yerləşən "İstanbul Təmizlik və Kosmetik” MMC-yə məxsu təmizlik və kosmetik vasitələrin istehsalı obyektində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:

- obyekt yanğın su hovuzu, daxili yanğın su kranları və avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi ilə təmin edilməyib;
- obyektin təxliyə yolları normaya uyğun deyil;
- elektrik təsərrüfatına profilaktik baxış keçirilərək nəticəsi barədə sınaq aktı tərtib edilməyib;
- obyektin anbar otaqları yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun saxlanılmayıb;
- fərdi yaşayış evi kimi inşa edilmiş, lakin hazırda qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən obyektin təyinatının dəyişdirilməsi və yenidən qurulması zamanı tikinti-layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;
- obyekt ilkin yanğınsöndürmə avadanlıqları ilə təmin edilməyib;
- taxta konstruksiyalı elementlər və parçalar odadavamlı məhlulla hopdurulmayıb;
- obyektin işçilərinin təlimatlandırılması üçün təlimat jurnalı tərtib edilməyib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 5-ci döngə, ev 6 ünvanında yerləşən "İstanbul Təmizlik və Kosmetik” MMC-yə məxsus təmizlik və kosmetik vasitələrinin istehsalı obyektində işlərin və xidmətlərin göstərilməsinin qismən dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib







www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol